Yaxın Şərq
İsrail HƏMAS-ın Livandakı təlim düşərgəsinə ZƏRBƏ ENDİRDİ
İsrail hərbçiləri Livanın cənubundakı Ayn əl-Xilvə bölgəsində yerləşən Fələstiin HƏMAS hərəkatına məxsus təlim düşərgəsi ərazisində fəaliyyət göstərən radikallara zərbə endiriblər.
Publika.az xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti "Telegram" kanalında yayıb.
“Zərbə endirilən hərbi obyekt HƏMAS terrorçuları tərəfindən IDF və İsrail hərbçilərinə qarşı terror hücumları planlaşdırmaq və həyata keçirmək məqsədilə təlimlər üçün istifadə olunurdu”, - deyə paylaşımda bildirilir.
Qurum vurğulayıb ki, hücumdan əvvəl mülki əhaliyə dəyəcək ziyanı minimuma endirmək üçün tədbirlər görülüb. Bu tədbirlərə yüksək dəqiqlikli sursatların tətbiqi, hava kəşfiyyatı və əlavə kəşfiyyat məlumatlarının toplanması daxil olub.
Mətbuat xidmətinin sözlərinə görə, IDF Livanda hərəkatın infrastrukturuna qarşı mübarizə aparır və “HƏMAS terrorçularına harada fəaliyyət göstərsələr, orada qarşılıq verməyə davam edəcək”.
Hüseyn İbadlı
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?
-
Ekopublika.az08:1275 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?
-
ABŞ07:55Pentaqon rəhbərinin İsrailə gizli səfəri: Netanyahu ilə görüşdü


























.jpg)








