Yaxın Şərq
Netanyahu elan etdi: İrana qarşı quru əməliyyatı ssenarisi
İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı mümkün hərbi əməliyyatla bağlı diqqətçəkən açıqlama verib.
Publika.az “The Guardian”a istinadla xəbər verir ki, Netanyahu “yerüstü komponent”in vacibliyinə işarə edərək, İrana qarşı müharibədə yalnız hava zərbələrinin kifayət etmədiyini bildirib.
Baş nazir qeyd edib ki, inqilabları havadan etmək mümkün deyil və istənilən nəticə üçün quru əməliyyatlarının da nəzərdən keçirilməsi vacibdir. Onun sözlərinə görə, belə bir komponentin detalları ictimaiyyətlə paylaşılmayacaq.
Netanyahu, həmçinin İsrailin İranda həyata keçirdiyi son hava zərbələri ilə bağlı danışaraq, ölkəsinin təkbaşına hərəkət etdiyini iddia edib. O, ABŞ prezidenti Donald Trampın İsraili müharibəyə sürüklədiyi barədə iddiaları da rədd edib və Vaşinqtonla koordinasiyanın yüksək səviyyədə olduğunu vurğulayıb.
O bildirib ki, İranın nüvə və raket imkanları ciddi zərər görsə də, rejim dəyişikliyi yalnız hava hücumları ilə mümkün deyil və bunun üçün daha geniş əməliyyatlar tələb oluna bilər.
-
Kriminal18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi


































