Yaxın Şərq
İran artıq bütün zəruri nüvə texnologiyalarına sahibdir - Qrossi
Hərbi zərbələr İranın nüvə proqramını gerilətsə də, onun potensialını tamamilə yox etmək iqtidarında deyil.
Publika.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi "CBS News"a müsahibəsində bildirib.
O, hərbi müdaxilənin uzunmüddətli həll yolu olmadığını vurğulayıb:
İran artıq bütün zəruri nüvə texnologiyalarına sahibdir. Siz öyrəndiyiniz bir şeyi unuda bilməzsiniz. Obyektlər zədələnsə də, bilik yerində qaldığı üçün yenidənqurma hər zaman mümkündür".
İranın 60% zənginləşdirilmiş uran ehtiyatına malik olduğunu xatırladan Qrossi, bu materialın xüsusi əməliyyatla ələ keçirilməsinin texniki cəhətdən çox riskli olduğunu bildirib. ABŞ-nin keçmiş rəsmisi Con Bolton isə vurğulayıb ki, nüvə materialları təhlükəsiz yerə daşınmadan hərbi əməliyyat uğurlu sayıla bilməz.
Hazırda AEBA həm Ağ Ev, həm də Tehranla nüvə proqramının gələcək taleyi ilə bağlı danışıqları davam etdirir.
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız















.jpg)



.jpg)
.jpg)

















