Yaxın Şərq
İranın nüvə kompleksi vuruldu
Bu gün ABŞ və İsrail qüvvələri İranın Natanz şəhərində yerləşən "Şəhid Əhmədi Rövşən" nüvə zənginləşdirmə kompleksinə hücum həyata keçirib.
Publika.az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
İran tərəfindən verilən rəsmi açıqlamada bu hərbi müdaxilənin beynəlxalq hüquq normalarına, o cümlədən Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) və nüvə təhlükəsizliyi qaydalarına zidd olduğu qeyd edilib.
Zərbələrin fəsadları ilə bağlı aparılan ilkin qiymətləndirmələrə görə, müəssisədə hər hansı radioaktiv sızma baş verməyib:
"Kompleksdə radioaktiv maddələrin sızması faktı qeydə alınmayıb. Hazırda obyektin yaxınlığında yaşayan əhali üçün hər hansı radiasiya təhlükəsi mövcud deyil".
Qeyd edək ki, Natanz kompleksi İranın nüvə proqramının ən mühüm obyektlərindən biri hesab olunur. Hücumun nəticəsində kompleksin fəaliyyətinə dəyən zərərin miqyası barədə hələlik rəsmi məlumat verilməyib.
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız















.jpg)



.jpg)
.jpg)

















