Yaxın Şərq
Ben-Qurion hava limanı vuruldu
İran İsrailin Təl-Əviv şəhərində yerləşən Ben-Qurion beynəlxalq hava limanındakı hərbi infrastrukturu və yanacaq çənlərini pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hədəf alıb.
Publika.az xəbər verir ki, bu barədə məlumatı İranın rəsmi "Fars" xəbər agentliyi ölkənin ordu mətbuat xidmətinə istinadən yayıb.
Məlumata görə, hücum bu gün səhər saatlarında həyata keçirilib. İran ordusunun bəyanatında qeyd olunur ki, zərbələr nəticəsində hava limanındakı yanacaq rezervuarları və İsrail qırıcılarının yanacaqdoldurma məntəqələri hədəfə alınıb:
"Bu gün səhər saatlarında İran İslam Respublikasının pilotsuz uçuş aparatları Ben-Qurion hava limanındakı hərbi infrastruktura, yanacaq çənlərinə və düşmən qırıcılarının yanacaqdoldurma məntəqələrinə zərbələr endirib".
Hücumun nəticəsində yaranan dağıntıların miqyası və ya İsrail tərəfinin hava hücumundan müdafiə sistemlərinin reaksiyası barədə hələlik İsrail rəsmiləri tərəfindən geniş açıqlama verilməyib.
-
Kriminal18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi



































