Yaxın Şərq
İrana xəbərdarlıq - Bu həftə kəskin zərbələr endiriləcək
İsrail və ABŞ-nin İrandakı hərbi hədəflərə endirdiyi zərbələrin intensivliyi bu həftə ərzində kəskin şəkildə artacaq.
Publika.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrail Kats hərbi rəsmilərlə keçirdiyi operativ qiymətləndirmə iclası zamanı bildirib.
Məlumata görə, müdafiə naziri ölkəsinin İranın "terror rejiminə" qarşı hücum əməliyyatlarını davam etdirməkdə qərarlı olduğunu vurğulayıb: "İsrail dövlətinə və ABŞ-nin regiondakı maraqlarına yönəlmiş hər bir təhlükə aradan qaldırılana qədər biz İran rejiminin komandirlərini zərərsizləşdirməyə və onun strateji imkanlarını sıradan çıxarmağa davam edəcəyik".
İsrail Kats bəyan edib ki, Təl-Əviv qarşıya qoyulan bütün hərbi məqsədlərə nail olunana qədər əməliyyatları dayandırmaq niyyətində deyil. O, bu həftənin əməliyyatların miqyası baxımından həlledici olacağını diqqətə çatdırıb.
-
Region17:05Paşinyan: "Bu gün Azərbaycan Prezidentinə zəng etdim"
-
Yaxın Şərq16:57İran: Razılaşmaya çox yaxınıq!
-
Maraq dünyası16:22Moskvada ilk dəfə olaraq itlərə toy təşkil etdilər - FOTO
-
Nida Xəbər 15:05İlham Əliyev müharibədə olduğu kimi, sülhdə də qalib gəldi - Hikmət Hacıyev
-
İdman13:43İnfantino sevgilisinə də vəzifə veribmiş
-
Ekologiya12:44Bakıda 39 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
Hadisə11:17DİN əməliyyat keçirdi - 65,7 kilo narkotik maddə və 1500 metadon tapıldı
-
Ekologiya10:47Sibirdə nə baş verir? - Emissiyalar hər il 1,1 milyon ton artır






















.jpg)





.jpg)








