Yaxın Şərq
22 ölkə Hörmüz boğazı ilə bağlı bəyanat yaydı
Hörmüz boğazından təhlükəsiz keçidin təmin edilməsi ilə bağlı 22 ölkə birgə bəyanat yayıb.
Publika.az xəbər verir ki, bəyanatın mətni Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc edilib.
Bəyanatda BƏƏ, Britaniya, Fransa, Almaniya, İtaliya, Niderland, Yaponiya, Kanada, Cənubi Koreya, Yeni Zelandiya, Danimarka, Latviya, Sloveniya, Estoniya, Norveç, İsveç, Finlandiya, Çexiya, Rumıniya, Bəhreyn, Litva və Avstraliya İranın Fars körfəzindəki qeyri-hərbi gəmilərə, neft-qaz obyektlərinə hücumlarını və boğazın blokadasını pisləyiblər. Dövlətlər regiondakı vəziyyətlə bağlı narahatlıqlarını ifadə edib, İslam Respublikasını hücumları dərhal dayandırmağa çağırıblar və vurğulayıblar ki, Tehranın hərəkətlərinin nəticələrini bütün dünyada insanlar hiss edəcəklər.
Sənədi imzalayan ölkələr qeyd ediblər ki, gəmiçilik azadlığı beynəlxalq hüququn təməl prinsipidir. Onun pozulması qlobal enerji tədarükü zəncirlərinin qırılmasına gətib çıxaracaq və dünya təhlükəsizliyini təhdid edir.
Bəyanatda "Biz boğazdan təhlükəsiz keçidin təmin edilməsi üçün müvafiq tədbirlərə öz töhfəmizi verməyə hazır olduğumuzu bildiririk", — deyə qeyd olunub.
Ölkələr həmçinin enerji bazarlarını stabilləşdirmək üçün addımlar atacaqlarına və İranın hərəkətlərindən ən çox zərər çəkmiş dövlətlərə dəstək verəcəklərinə söz veriblər.
Hüseyn İbadlı
-
Rəsmi xronika14:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Rəsmi xronika11:44İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır
-
Rəsmi xronika11:00Prezident: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Sosial10:54Bu xanım “Xankəndi”nin mətbuat katibi təyin edildi






.jpg)









.jpg)







.webp)












.jpg)


