Yaxın Şərq
İsrailin Arad şəhəri atəşə tutuldu: 80-dən çox yaralı var - Yeniləndi
İsrailin Arad şəhərində raket atəşi nəticəsində xəsarət alanların sayı 80 nəfəri ötüb.
Publika.az xəbər verir ki, bu barədə təcili yardım xidmətinə istinadla "Al Jazeera" telekanalı məlumat yayıb.
Məlumata görə, ən azı 88 nəfər yaralanıb. Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (İDF) İran raketinin ölkənin cənubundakı Arad şəhərində bir rayona birbaşa düşdüyünü təsdiqləyib.
Daha əvvəl Arad hücuma məruz qalmışdı. Bu şəhər, həmçinin hücuma məruz qalan Dimona şəhərindən 24 kilometr məsafədə yerləşir. Dimonada ölkənin əsas nüvə obyekti yerləşir.
xxx
02:12
İsrailin cənubundakı Arad şəhərində raket atəşi nəticəsində təxminən 30 nəfər xəsarət alıb.
Publika.az xəbər verir ki, bu barədə İsrailin təcili tibbi yardım xidməti (MDA) "X" sosial şəbəkəsində paylaşım edib.
"MDA briqadaları müxtəlif dərəcəli xəsarətlər almış təxminən 30 nəfərə yardım göstərir", — deyə bəyanatda bildirilir.
Yerli medianın məlumatına görə, İran raketi yaşayış məhəlləsinə düşüb.
Hüseyn İbadlı
-
Kriminal18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi



































