Yaxın Şərq
Netanyahu dünya liderlərinə çağırış etdi
İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin cənubunda yerləşən Arad şəhərinə raket zərbəsi endirilmiş əraziyə baş çəkib. Baş nazir dünya liderlərini İrana qarşı ABŞ-İsrail birgə hərbi kampaniyasına qoşulmağa çağırıb.
Publika.az xəbər verir ki, Netanyahu İranın son hərbi fəallığının bütün dünya üçün qlobal təhlükə yaratdığını bəyan edib.
Netanyahu İranın ötən həftəsonu Hind okeanında yerləşən Böyük Britaniya və ABŞ-nin birgə hərbi bazası olan Diego Garciaya raket zərbəsi endirməyə cəhd etdiyini xatırladıb. O bildirib ki, bu uğursuz hücum Tehranın əvvəllər güman edildiyindən daha uzaq mənzilli raketlərə sahib olduğunu sübut edir:
"Onlar Diego Garcia-ya qitələrarası ballistik raket atıblar. İndi onların Avropanın dərininə qədər çatmaq imkanları var".
İsrail rəhbəri İranın Hörmüz boğazını bloklamasına da toxunub. O, Tehranın beynəlxalq dəniz və enerji marşrutlarını kəsərək bütün dünyanı şantaj etməyə çalışdığını bildirib: "Artıq digər ölkələrin liderlərinin də bizə qoşulma vaxtıdır".
İsrailin mülki əhaliyə qarşı hücumlara necə cavab verəcəyi barədə sualı cavablandıran Baş nazir hədəflərinin mülki şəxslər olmadığını vurğulayıb:
"Biz böyük güclə cavab veririk, lakin mülki şəxslərə deyil. Biz rejimi, SEPAH-ı (İslam İnqilabı Keşikçiləri Korpusu) hədəf alırıq. Onların rəhbərlərini, obyektlərini və iqtisadi aktivlərini vururuq".
-
Maraq dünyası16:22Moskvada ilk dəfə olaraq itlərə toy təşkil etdilər - FOTO
-
Nida Xəbər 15:05İlham Əliyev müharibədə olduğu kimi, sülhdə də qalib gəldi - Hikmət Hacıyev
-
MDB14:48Cəbhədə ölən jurnalistin bacısı: Ötən il vəfat etsə də, xəbəri indi eşitdik
-
MDB14:30Şarl de Qollun nəvəsinin rus sevgisi: "Səxavətli, dərin inanclı rus ruhu..."
-
İdman13:43İnfantino sevgilisinə də vəzifə veribmiş
-
Ekologiya12:44Bakıda 39 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
Hadisə11:17DİN əməliyyat keçirdi - 65,7 kilo narkotik maddə və 1500 metadon tapıldı
-
Ekologiya10:47Sibirdə nə baş verir? - Emissiyalar hər il 1,1 milyon ton artır



















.jpg)




.jpg)





.jpg)








