Yaxın Şərq
ABŞ-ın ciddi səhvi: İranda tələyə salınıb
ABŞ-ın İrana qarşı hərbi əməliyyatları getdikcə Vaşinqton üçün əlverişsiz hal alır.
Publika.az xəbər verir ki, bu barədə analitik Mark Sleboda "Dialogue Works" "YouTube" kanalında bildirib.
Ekspertin sözlərinə görə, Yaxın Şərqdə hazırda radikal dəyişikliklər baş verir, lakin ABŞ hələ də İran, Rusiya və Çin barədə “təhrif olunmuş və reallıqdan uzaq təsəvvürlər” əsasında hərəkət edir. Onun fikrincə, Donald Tramp administrasiyasını məlumatlandıran bəzi ekspertlər qeyri-peşəkar yanaşma sərgiləyir.
Sleboda qeyd edib ki, Vaşinqton İranda əhalinin “azadlıq uğrunda üsyan edəcəyini” düşünməklə ciddi səhvə yol verib. Bildirib ki, ABŞ artıq əvvəlcədən xəbərdar edildiyi bir tələyə düşüb.
Ekspert diplomatik həll şanslarını demək olar ki, “sıfıra yaxın” qiymətləndirərək bildirib ki, münaqişə artıq açıq şəkildə tükəndirmə mərhələsinə keçib.
“Bu müharibəyə qoşulmaq ABŞ üçün ağılsız addım idi. Çünki onların ən zəif nöqtəsi - kritik əhəmiyyətli sursatların, xüsusilə də hava hücumundan müdafiə vasitələrinin az ehtiyatı və aşağı istehsal tempidir”, – deyə Sleboda vurğulayıb.
Adəm
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız




































