Yaxın Şərq
İran "tabut"lu raketlər buraxdı - VİDEO
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailə məxsus hədəflərə qarşı həyata keçirdiyi raket hücumları ilə bağlı qalmaqallı kadrlar yayımlayıb.
Publika.az xəbər verir ki, yayılan görüntülərdə raketlərin üzərindəki xüsusi rəmzlər və mesajlar diqqət çəkib. Belə ki, raketlərin birinin üzərində iki fərqli etiket yerləşdirilib.
Birinci etiketin üzərində silahlı əsgərlərin təsviri ilə yanaşı, “İrana giriş” sözləri yazılıb. İkinci etiketin üzərində isə “İrandan çıxış” yazılıb və burada ABŞ bayrağına bükülmüş tabutda yoldaşlarını daşıyan yaralı əsgərlərin təsviri əks olunub. Bu rəmzi mesajlarla İran tərəfi düşmən qüvvələrin bölgəni yalnız tabutda tərk edəcəyinə işarə edib.
Videonun davamında raketlərin və pilotsuz uçuş aparatlarının (PUA) kütləvi şəkildə buraxılış anları nümayiş etdirilir. Ekspertlər bu addımı Tehranın psixoloji müharibə elementlərindən biri kimi qiymətləndirirlər.
Həmin görüntüləri təqdim edirik:
Adəm
-
Qoroskop15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU




































