Yaxın Şərq
İrana hücum dəhşətli ərzaq böhranı yaradır - Qlobal gübrə ticarəti dayanır
İranda münaqişənin davam etməsi gübrə bazarında genişmiqyaslı böhrana səbəb olacaq.
Publika.az xəbər verir ki, bu barədə "Telegraph" məlumat yayıb.
Nəşr BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının əmtəə şöbəsinin keçmiş rəhbəri Əbdülrza Abbasiandan sitat gətirib. Abbasianın sözlərinə görə, Hörmüz boğazı sabah açılsa belə, vəziyyət yenə də çətin olaraq qalacaq.
Abbasyan nəşrə açıqlamasında deyib: "Amma müharibə daha bir ay və ya daha çox davam edərsə, əvvəllər heç vaxt yaşamadığımız və həqiqətən də dəhşətli miqyasda olacaq bir böhranla qarşılaşacağıq".
"Telegraph"ın məlumatına görə, Yaxın Şərqdə davam edən dəhşətli münaqişə 27 gün ərzində karbamid, ammonyak və kükürd tədarükü prosesini dayandırıb. ABŞ və İsrailin İrana qarşı başlatdığı əməliyyatlar qlobal azot gübrəsi ticarətinin 45%-nin ya pozulmasına, ya da dayandırılmasına və ya ciddi şəkildə təhlükə altına düşməsinə səbəb olub.
Məlumata görə əgər yaxın günlərdə proses əvvəlki axarı ilə davam etsə, kənd təsərrüfatı məhsulları və ümumilikdə ərzaqla bağlı qarşısıalınmaz ciddi böhran baş verəcək.
Qeyd edək ki, "Financial Times" nəşri də oxşar mövzuda məqalə dərc etmişdi. Bildirilib ki, münaqişə inkişaf etməkdə olan ölkələr, eləcə də fermerlərin daha çox qaz, yanacaq və gübrə çatışmazlığı ilə üzləşdiyi Hindistan, Banqladeş və ABŞ-ın əsas kənd təsərrüfatı bölgələri bu böhrana xüsusilə həssasdır.
Tural
-
Ekologiya12:44Bakıda 39 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
Region12:07Ermənistanda qalmaqallı həbs - Keçmiş baş nazirin oğlu saxlanıldı(VİDEO)
-
Hadisə11:17DİN əməliyyat keçirdi - 65,7 kilo narkotik maddə və 1500 metadon tapıldı
-
Ekologiya10:47Sibirdə nə baş verir? - Emissiyalar hər il 1,1 milyon ton artır
-
Digər10:11Azərbaycanı etibarlı qardaş ölkə kimi yüksək qiymətləndiririk! - Pakistan Prezidenti
-
Nida Xəbər 09:20Cənubi Qafqazda tarixi ədaləti bərqərar edən Vaşinqton zirvəsi
-
ABŞ08:15Pentaqon UNO-larla bağlı yeni gizli sənədlər toplusunu yayımladı
-
Dünya07:35Qırmızı dənizdə böyük savaş qoxusu - Türkiyə donanması səhnəyə çıxır





























.jpg)
.jpg)








