Yaxın Şərq
İsrailin Livan planı: Milyonlarla insan hara köçürülür?
Xəbər verdiyimiz kimi, İsrailin Baş naziri Benyamin Netanyahu Livanın cənubunda təhlükəsizlik zonası yaradılması planını təsdiqləyib.
Publika.az xəbər verir ki, “Əl-Cəzirə” qərarla bağlı bəzi detalları açıqlayıb.
Bildirilib ki, planlaşdırılan zona Litani çayı ərazisinə qədər uzanacaq. Bəzi yerlərdə çay İsrail sərhədindən cəmi bir neçə kilometr məsafədə yerləşsə də, digər ərazilərdə Cənubi Livanın daxilinə 30 kilometrə qədər uzanır.
İsrail hakimiyyəti genişmiqyaslı məcburi evakuasiya əmrləri verib. Bu əmrlər yalnız Litani çayının cənubunda deyil, həm də Zahrani çayı ərazisinə qədər olan yaşayış məntəqələrini əhatə edir. Beyrutun cənub ətrafları üçün qüvvədə qalan təxliyə qərarları ilə birlikdə nəticədə 1 milyondan çox livanlı məcburi köçkünə çevrilib.
Eyni zamanda İsrail ordusu Cənubi Livanda quru əməliyyatlarını davam etdirir. Son 24 saat ərzində sahil bölgələrində və Xiam şəhəri ətrafında hərbi aktivlik müşahidə olunub.
Hizbullah isə Xiamda yerləşən həbsxana yaxınlığında fəaliyyət göstərən İsrail hərbçilərinə raket zərbələri endirdiyini iddia edib. Qruplaşma, həmçinin İsrail ərazisindəki yaşayış məntəqələri və hərbi mövqelərə hücum etdiyini açıqlayıb.
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Rəsmi xronika11:44İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır
-
Rəsmi xronika11:00Prezident: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Sosial10:54Bu xanım “Xankəndi”nin mətbuat katibi təyin edildi
-
MDB10:06Rusiyada deputatların pensiyası qəpik-quruş imiş - Məbləğ açıqlandı
-
Sosial08:49Azərbaycan toylarında gözlənilməz qayda - Bu ənənə qadağan edilir?






.jpg)







.jpg)







.webp)











.jpg)

