Yaxın Şərq
İran ətrafında halqa daralır: ABŞ-ın nəhəng hücum gəmisi Hind okeanındadır
Təxminən 3500 dənizçi və dəniz piyadası daşıyan Amerika amfibiya hücum gəmisi “USS Tripoli” Hind okeanındadır.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatında deyilir.
Komandanlıq gəminin Hind okeanında olduğunu göstərən foto dərc edib. Komandanlıq “USS Tripoli” gəmisinin hazırda İran sahillərindən nə qədər uzaqda olduğunu dəqiqləşdirməyib. 28 martda CENTCOM amfibiya hücum gəmisinin Mərkəzi Komandanlığın əməliyyat məsuliyyəti zonasına, əsasən Yaxın Şərqi əhatə edən əraziyə çatdığını bildirib.
Martın 29-da ABŞ Prezidenti Donald Tramp ABŞ qüvvələrinin Xarq adasını ələ keçirməyə cəhd göstərəcəyi ehtimalını istisna etməyib. Martın 26-da Amerikanın "Axios" xəbər agentliyi ABŞ rəsmilərinə və mənbələrinə istinadən Pentaqonun İranla bağlı dörd mümkün eskalasiya ssenarisi hazırladığını, bunlara Xarq, Larak və ya Əbu Musa adalarının ələ keçirilməsinin daxil ola biləcəyini bildirib.
Tural
-
Qoroskop15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU















.jpg)




















