Yaxın Şərq
İranı onlar üçün qəbiristanlığa çevirəcəyik! - Tehrandan XƏBƏRDARLIQ
İran istənilən ssenariyə, o cümlədən ABŞ və İsrailin mümkün quru əməliyyatlarına tam hazırdır.
Publika.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali TASS agentliyinə müsahibəsində bildirib.
Diplomat hərbi taktikanın detallarını açıqlamasa da, ölkəsinin silahlı qüvvələrinin istənilən müdaxilənin qarşısını almaq iqtidarında olduğunu deyib. Səfir xüsusilə vurğulayıb ki, təcavüzkar qüvvələr üçün İran torpaqları keçilməz olacaq: "Əminliklə deyə bilərəm ki, ordumuz istənilən quru işğalına qarşı hazırdır. Silahlı qüvvələrimiz ölkə ərazisini təcavüzkar qüvvələr üçün "qəbiristanlığa" çevirəcək".
Cəlali həmçinin əlavə edib ki, ABŞ və İsrailin İrana qarşı planları reallıqdan uzaqdır və son bir ay ərzində baş verənlər bu addımların nə qədər "sadəlövhlük" olduğunu artıq sübut edib.
Müəllif: Adəm
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı




































