Yaxın Şərq
İranda SOS: Ölənlərin sayı 2 mini keçdi, tibbi ləvazimatlar tükənir
İranda təcili tibbi yardıma olan ehtiyac həndəsi silsilə ilə artır, lakin ölkənin tibbi ehtiyatları tükənmək üzrədir.
Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyasının nümayəndə heyətinin rəhbəri Mariya Martines "Reuters" agentliyinə müsahibəsində danışıb.
Martines deyib ki, vəziyyət kritik həddə çatıb: "Travma dəstləri və digər tibbi avadanlıqlar hər an bitə bilər. Əsas narahatlığımız humanitar ehtiyacların sürətlə artması və resursların məhdud olmasıdır".
Xəbərdə o da vurğulanır ki, martın 31-də İranın Zəncan əyalətində tibbi klinika hücuma məruz qalıb. Bu isə onsuz da ağır olan vəziyyəti daha da gərginləşdirib. Hazırda fövqəladə hallar üçün ehtiyatlar mövcud olsa da, maliyyə çatışmazlığı və qiymətlərin bahalaşması yaxın gələcəkdə böyük bir humanitar fəlakətin anonsunu verir.
Təşkilatın məlumatına görə, Yaxın Şərqdə fevralın 28-dən başlayan hərbi əməliyyatlar nəticəsində İranda 1900-dən çox insan həyatını itirib, 21000-dən çox insan isə yaralanıb.
Hazırda ölkənin 31 əyalətində 100 mindən çox xilasedici, həmçinin helikopterlər və axtarış itləri yaralılara ilk yardım göstərmək və məcburi köçkünlərə dəstək olmaq üçün səfərbər edilib.
Müəllif: Adəm
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi



































