Yaxın Şərq
Tarixi diplomatik gediş - Zelenski Ərdoğanın təyyarəsi ilə Suriyaya uçub
Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski Suriyanın paytaxtı Dəməşqə səfər edib.
Publika.az xəbər verir ki, Türkiyə mediası səfərlə bağlı xüsusi detala diqqət çəkiblər.
Bildirilib ki, Zelenskinin təhlükəsizliyini təmin etmək və bölgədəki diplomatik hərəkətliliyi sürətləndirmək məqsədilə onun Suriyaya keçidi Türkiyə tərəfinin logistik dəstəyi ilə (Prezident təyyarəsi və ya Türkiyənin təmin etdiyi xüsusi hava dəhlizi vasitəsilə) baş tutub.
Vurğulanıb ki, Zelenskinin Dəməşqə gedərək Suriyanın yeni rəhbərliyi ilə görüşməsi regional geosiyasətdə "tarixi addım" kimi qiymətləndirilir. Türkiyə bu prosesdə əsas vasitəçi və təhlükəsizlik qarantı rolunda çıxış edir.
Son məlumata görə, Zelenski Dəməşqdə Suriyanın yeni lideri Əhməd əl-Şaraa ilə görüşüb. Türkiyə mənbələri yazıb ki, bu səfər Türkiyənin "Suriya-Ukrayna" xəttində qurduğu yeni diplomatik körpünün nəticəsidir.
Türkiyə xarici işlər naziri Hakan Fidanın rəhbərlik etdiyi nümayəndə heyəti də bu logistik prosesi koordinasiya edib. Səfərin əsas məqsədi İran istehsalı olan dronlara qarşı müdafiə texnologiyaları və Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturasının qurulmasıdır.
Hüseyn İbadlı
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı

















.png)


















