Yaxın Şərq
İran ABŞ hərbi gəmisini vurdu: 5 min dənizçi...
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusuna məxsus nəhəng desant gəmisinə hücum edildiyini və ABŞ hərbçilərinin geri çəkilməyə məcbur qaldığını elan edib.
Publika.az xəbər verir ki, bu barədə məlumatı İranın dövlət teleradio şirkəti yayıb.
Məlumata görə, göyərtəsində 5 mindən çox dənizçi və piyadanın olduğu ABŞ-ın "LHA7" tipli helikopter daşıyıcısı və desant gəmisinə hücum təşkil edilib. Zərbələrdən sonra ABŞ gəmisi Hind okeanının cənubuna, daxili hissələrə doğru qaçaraq geri çəkilmək məcburiyyətində qalıb.
Bildirilir ki, bu əməliyyat SEPAH-ın İsrail və ABŞ hədəflərinə qarşı keçirdiyi "Doğru vəd 4" əməliyyatının 98-ci mərhələsi çərçivəsində baş tutub.
Hücum dalğası zamanı yalnız gəmilər deyil, həmçinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail rejiminə məxsus müştərək PUA yığma mərkəzi, həmçinin ABŞ-ın Küveytdəki "Əli əs-Salim" bazasında yerləşən uçuş aparatları da hədəf alınıb.
Müəllif: Adəm
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı

















.png)


















