Yaxın Şərq
Şok qərar: İran hər gəmidən bu qədər rüsum istəyir - ABŞ-a ŞƏRT QOYULDU
İran dünya ticarətinin əsas arteriyalarından biri sayılan Hörmüz boğazından keçid qaydalarını kökündən dəyişməyə hazırlaşır. Tehran boğazdan keçən gəmilərdən onların növünə və daşıdığı yükə görə xüsusi rüsum toplamağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
İran parlamentinin komitə rəhbəri Məhəmməd Rza Rezai Kuçi artıq bununla bağlı qanun layihəsinin hazırlandığını anons edib. Yeni qaydalara əsasən, təhlükəsiz keçid üçün ödəniləcək məbləğ gəminin texniki göstəriciləri və yükün xarakterindən asılı olacaq.
"Bloomberg"in məlumatına görə, tək bir tanker üçün keçid haqqı 2 milyon dollara qədər yüksələ bilər. Bu güzəştdən yalnız rəsmi Tehranın "dost" hesab etdiyi ölkələrin gəmiləri yararlanacaq.
İran bu addımı ABŞ ilə mümkün saziş üçün əsas şərtlərdən biri kimi irəli sürür. Tehranın tələbləri bunlardır: Hücumların dərhal dayandırılması, bir daha hücum olmayacağına dair zəmanət və dəymiş ziyanın kompensasiyası.
İran tərəfi bəyan edib ki, bu şərtlər yerinə yetirilmədən heç bir müvəqqəti atəşkəs razılaşması qəbul edilməyəcək.
Eyni zamanda, ABŞ və İsrail gəmilərinə bölgədən uzaq durmaq xəbərdarlığı edilib, əks halda raket zərbələri ilə hədələniblər.
Müəllif: Adəm
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün




































