Yaxın Şərq
Suriyada hərbi bazaya PUA hücumu oldu
Aprelin 7-nə keçən gecə Suriyanın Həsəkə vilayətindəki Qəsrək bazasının ətrafı pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Publika.az “əl-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, adının çəkilməsini istəməyən mənbə hücumun İraqdan göndərilən dörd pilotsuz uçuş aparatı ilə həyata keçirildiyini bildirib.
Bildirilir ki, PUA-lardan üçü zərərsizləşdirilsə də, dördüncüsü bazanın ətrafındakı boş əraziyə düşüb.
Xatırladaq ki, martın 30-da Suriya ordusu İraq sərhədi yaxınlığında yerləşən mövqelərinə qarşı genişmiqyaslı pilotsuz uçuş aparatları ilə hücum edildiyini bildirmişdi. Bundan bir gün əvvəl isə Suriyanın müdafiə nazirinin müavini Samir Ali Osu açıqlamışdı ki, İraqdan havaya qalxan pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumun qarşısı alınıb və hədəf ölkənin şimal-şərqində yerləşən ABŞ bazası olub.
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələri “İŞİD”ə qarşı mübarizə çərçivəsində Suriyada yerləşdiyi hərbi bazaları, o cümlədən Tənf və Şəddadi bazalarını tərk edib və Qəsrək bazasından da mərhələli şəkildə geri çəkilməyə başlayıb.
-
Sosial08:49Azərbaycan toylarında gözlənilməz qayda - Bu ənənə qadağan edilir?
-
Nəqliyyat07:35Bakı-Sumqayıt yolundakı tıxac problemi necə həll olunacaq? - Video
-
Ekopublika.az05:45Bakıda kirayə ev tutan ailələrə xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu






.jpg)

















.webp)











.jpg)
