Yaxın Şərq
Tehrandakı sinaqoq bu səbəbdən vurulub - İDF-dən AÇIQLAMA
İsrail Tehrandakı sinaqoqa endirdiyi və binanın ciddi zərər görməsinə səbəb olan zərbə ilə bağlı təəssüfünü bildirib.
Publika.az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri İsrail Müdafiə Qüvvələrinə (İDF) istinadla məlumat yayıb.
İsrail ordusundan qeyd ediblər ki, hücumun hədəfi yüksək rütbəli iranlı komandir olub.
Aprelin 6-da İran ABŞ-ın 45 günlük atəşkəs təşəbbüsünü rədd edib və münaqişənin nizamlanması üzrə təkliflərdən ibarət 10 bəndlik öz sənədini göndərib. Tələblər arasında sanksiyaların ləğvi və Hörmüz boğazından keçid üçün yeni qaydaların tətbiqi yer alır. ABŞ Prezidenti bu təklifləri "kifayət qədər yaxşı deyil" adlandırıb və Tehranın 48 saat ərzində Vaşinqtonla sövdələşməyə getməyəcəyi və ya Hörmüz boğazını açmayacağı təqdirdə İrana "cəhənnəmi yaşadacağı" ilə hədələyib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bu günün İran üçün "həlledici gecə" olduğunu bildirib və əlavə edib ki, bu gecə bütöv bir sivilizasiya məhv ola bilər.
Hüseyn İbadlı
-
Sosial08:49Azərbaycan toylarında gözlənilməz qayda - Bu ənənə qadağan edilir?
-
Nəqliyyat07:35Bakı-Sumqayıt yolundakı tıxac problemi necə həll olunacaq? - Video
-
Ekopublika.az05:45Bakıda kirayə ev tutan ailələrə xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu






.jpg)

















.webp)











.jpg)
