Yaxın Şərq
İsrail atəşkəs rejiminə əməl edəcək?
İsrail İranla atəşkəs rejiminə qoşulacaq.
Publika.az xəbər verir ki, bu barədə CNN Ağ Evin bəyanatına istinadla məlumat yayıb.
ABŞ administrasiyası nümayəndəsinin məlumatına görə, yəhudi dövlətinin hakimiyyəti sülh danışıqlarının aparıldığı müddətdə İranın bombalanmasını dayandırmağa razılıq verib.
Qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın bütün məqsədlərinin yerinə yetirildiyini bəyan edib. O, həmçinin vurğulayıb ki, İrandakı atəşkəs rejiminə hər iki tərəf riayət edəcək.
Aprelin 8-də Tramp bildirib ki, İslam Respublikası Hörmüz boğazını tamamilə açmağa və bu akvatoriyada gəmilərin hərəkət təhlükəsizliyini təmin etməyə razılıq verib.
Bundan əvvəl Ştatlar İranla ən azı iki həftə davam edəcək atəşkəs barədə razılığa gəliblər. Amerika prezidentinin sözlərinə görə, müvəqqəti atəşkəs qərarı Pakistanın Baş naziri Şahbaz Şərif və ölkənin Quru Qoşunlarının qərargah rəisi Asim Munir ilə aparılan danışıqların yekunu olaraq qəbul edilib.
Hüseyn İbadlı
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün




































