Yaxın Şərq
Atəşkəs cəhdi FAYDA VERMƏDİ - Qarşılıqlı raket hücumları davam edir
İsrail Hərbi Hava Qüvvələri, Birləşmiş Ştatların atəşkəs elan etməsinə baxmayaraq, İran ərazisinə zərbələr endirməyə davam edir.
Publika.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.
"İran İsraili raketlərlə atəşə tutmağa davam edir; Ağ Evin bildirdiyinə görə, bu da atəşkəsin bir hissəsidir. ABŞ Prezidenti İranın Hörmüz boğazını açmasından asılı olan 'ikitərəfli atəşkəs' elan edir, halbuki Pakistanın Baş naziri bunun 'dərhal qüvvəyə mindiyini' və Livan ilə digər ölkələrə də şamil olunduğunu iddia edir", - deyə nəşrdə bildirilir.
Eyni zamanda qeyd edilib ki, İsrail Müdafiə Qüvvələri atəşkəsin qüvvəyə minməli olduğu vaxtdan bəri İrandan iki dəfə raket yaylım atəşinin açıldığı barədə məlumat verib. Bundan əlavə, nəşrin qeyd etdiyi kimi, İsrailin Livanın şiə hərəkatı "Hizbullah"a qarşı əməliyyatlarını dayandırdığına dair hələlik heç bir əlamət yoxdur.
Bundan əvvəl Tramp İranla iki həftəlik atəşkəs elan etmişdi. Amerika lideri bombardmanları dayandırmağa razı olub. Onun sözlərinə görə, bu qərar Pakistanın Baş naziri Şahbaz Şərif və ölkənin Quru Qoşunlarının qərargah rəisi Asim Munir ilə aparılan danışıqların yekunu olaraq qəbul edilib.
Hüseyn İbadlı
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün




































