Yaxın Şərq
Atəşkəs rejimində yeni detal: Tehran ABŞ-dan zəmanət tələb etdi
İran Xarici İşlər Nazirliyi Yaxın Şərqdə sülhün əldə olunması üçün Tehranın hazırladığı 10 bəndlik planın əsas götürüləcəyini bəyan edib.
Publika.az xəbər verir ki, nazirlik artıq bu barədə müvafiq razılığın əldə olunduğunu bildirib.
Buna baxmayaraq, Tehran rəsmi Vaşinqtonun təklif etdiyi bəzi şərtlərə şübhə ilə yanaşır. İran rəsmiləri hesab edirlər ki, bəzi atəşkəs cəhdləri sadəcə ABŞ və İsrailin yenidən silahlanmasına və hərbi əməliyyatların bərpasına xidmət edir.
"İran hər zaman dialoqa hazırdır, lakin bu, respublikaya qarşı hərbi təcavüzün bərpasına yönəlmiş aldadıcı dialoq olmamalıdır. Biz aydın şəkildə bildirdik ki, bizə real zəmanətlər lazımdır", - deyə nazirliyin bəyanatında vurğulanıb.
Xatırladaq ki, aprelin 7-də ABŞ lideri Donald Tramp İranla iki həftəlik atəşkəs elan edib və Tehran bu qərarı təsdiqləyib. Artıq bu gün - aprelin 10-da İslamabadda ABŞ və İran arasında danışıqların ilk raundu başlayır.
Müəllif: Adəm
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO




































