Yaxın Şərq
Bəqayi: "Ciddi fikir ayrılıqları qalmaqdadır"
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi İslamabadda keçirilən İran-ABŞ danışıqlarının yekunları barədə geniş bəyanatla çıxış edib.
Publika.az xəbər verir ki, Bəqayi bu raundun son bir il ərzində tərəflər arasında baş tutan ən uzunmüddətli və intensiv müzakirə olduğunu vurğulayıb.
Sözçü bildirib ki, Pakistanın vasitəçiliyi ilə keçirilən dolayı danışıqlar fasiləsiz olaraq təxminən 24-25 saat davam edib: "Bu müddət ərzində tərəflər arasında həm bizim təqdim etdiyimiz 10 bəndlik təkliflər paketi, həm də qarşı tərəfin qaldırdığı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb".
İsmayıl Bəqayi danışıqların nəticələrini belə şərh edib:
"Bəzi sahələrdə tərəflər arasında müəyyən anlaşmalar əldə edilib. Lakin Hörmüz boğazı və regional təhlükəsizlik kimi 2-3 mühüm və strateji mövzuda mövqelər hələ də bir-birindən uzaqdır və ciddi fikir ayrılıqları qalmaqdadır".
XİN rəsmisi danışıqların olduqca mürəkkəb bir şəraitdə keçdiyini qeyd edib:
"Müzakirələr 40 günlük müharibə və bir neçə günlük atəşkəsdən sonra baş tutub. Proses sadəcə etimadsızlıq deyil, kəskin şübhə və bədgümanlıq mühitində cərəyan edib. Xüsusilə son 9 ayda ABŞ və İsrail rejiminin İrana qarşı iki dəfə hərbi təcavüzə yol verməsi fonunda belə bir mühitin olması təbiidir".
Bəqayi vurğulayıb ki, diplomatiya həm müharibə, həm də sülh dövründə milli maraqların qorunması üçün əvəzolunmaz alətdir və bu istiqamətdə işlər davam edəcək. O, həmçinin müzakirələrin təşkilinə və qonaqpərvərliyə görə Pakistan hökumətinə, o cümlədən Baş nazir Şahbaz Şərifə və ordu rəhbərliyinə təşəkkürünü bildirib.
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO




































