Yaxın Şərq
İrana ağır zərbə: ABŞ ordusu Hörmüzü blokadaya almağa başladı
ABŞ Hərbi Dəniz Qüvvələri dərhal Hörmüz boğazından keçən bütün gəmilərin hərəkətini bloklamağa başlayır.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp öz sosial media hesabında paylaşım edib.
Tramp qeyd edib ki, bu addım İranın regionda həyata keçirdiyi "nüvə şantajına" və beynəlxalq gəmiçilik üçün yaratdığı mina təhlükəsinə cavabdır:
“Rəsmi Vaşinqton heç bir şantaj cəhdini qəbul etməyəcək. Beynəlxalq sularda İrana qanunsuz rüsum ödəyən gəmilər müəyyən edilərək saxlanılacaq. Qanunsuz yollarla İranı maliyyələşdirən heç bir vasitəyə dənizdə təhlükəsiz keçid imkanı verilməyəcək. ABŞ ordusu boğazdakı İran minalarının məhv edilməsinə başlayır”.
O vurğulanıb ki, İranın hərbi infrastrukturu və hava hücumundan müdafiə sistemləri artıq sıradan çıxarılıb.
Donald Tramp hər hansı hərbi təxribatın dərhal və sarsıdıcı şəkildə qarşısının alınacağını deyərək, ABŞ ordusunun tam döyüş hazırlığı vəziyyətində olduğunu diqqətə çatdırıb.
Blokada prosesinə digər tərəfdaş ölkələrin də qoşulacağı gözlənilir.
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var




































