Yaxın Şərq
İranla bağlı üç mümkün ssenari: Rejim devrilir, bu şəxs hakimiyyətə gətirilir və...
Ağ Ev ABŞ-ın region üzərində iqtisadi nəzarətini gücləndirməsi ilə İranda hadisələrin necə inkişaf edəcəyi ilə bağlı üç mümkün ssenarini nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə "Washington Post" qəzetinin köşə yazarı Devid İqnatius vəziyyətə yaxın mənbələrə istinadən yazıb.
Variantlardan birinin İran hökumətinin devrilməsi ilə bağlı olduğu dəqiqləşdirilir. Tramp administrasiyası qeyd edib ki, bu ssenari İrana zərbələrin yenidən başlamasından daha çox, dayandırılması halında baş verə bilər. Digər mümkün ssenari isə İranda yeni Ali Liderin hakimiyyətə gəlməsidir. Mənbə namizəd kimi Parlamentin sədri Məhəmməd Bağır Qalibafı göstərib.
Bundan əlavə, Ağ Ev İslam İnqilabı Keşikçiləri Korpusundakı (İİKK) sərt xətt tərəfdarlarının Hörmüz boğazının blokadasını pozmağa və ya ABŞ-ı daha çox güzəştə getməyə məcbur etmək üçün başqa hücumlar etməyə cəhd göstərməsi ehtimalını nəzərdən keçirir. Lakin İqnatius Trampın silahlı münaqişəni davam etdirmək istəmədiyi fikrini bildirib.
Müəllif: Tural
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı



































