Yaxın Şərq
İrandan ABŞ-a ultimatum: Ya hamı üçün, ya da heç kim!
İran ABŞ-ın elan etdiyi dəniz blokadasını qanunsuz elan edərək, Vaşinqtona kəskin şəkildə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının mətbuat katibi, polkovnik İbrahim Zülfiqari "Tasnim"ə açıqlama verib.
O, ABŞ-ın beynəlxalq sularda gəmilərin hərəkətinə qoyduğu məhdudiyyətləri "dəniz quldurluğu" adlandırıb:
"Cinayətkar Amerikanın beynəlxalq sularda gəmiçilik hərəkətinə qoyduğu məhdudiyyətlər qanunsuz addımdır və dəniz quldurluğunun təzahürüdür".
Zülfiqari Tehranın rəsmi mövqeyini çatdıraraq qeyd edib ki, Fars və Oman körfəzlərindəki limanların təhlükəsizliyi məsələsində geri addım atmayacaqlar: "Təhlükəsizlik ya hamı üçün olacaq, ya da heç kim üçün!"
Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına daxil olan və çıxan bütün gəmilər üçün dəniz blokadasına başlayacağını elan edib. Məhdudiyyətlər bu gün, 13 aprel Bakı vaxtı ilə saat 18:00-dan etibarən qüvvəyə minir.
Müəllif: Adəm
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var




































