Yaxın Şərq
Qəzzada gərginlik artır - Daha iki silahlı öldürüldü
İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağının müxtəlif bölgələrində iki silahlı şəxsin zərərsizləşdirildiyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda hadisələrin anklavın şimal və cənub hissələrində baş verdiyi qeyd olunub. Bildirilir ki, silahlı şəxslər "sarı xətt" adlanan zonanı keçərək İsrail bölmələrinə yaxınlaşıblar.
İDF-nin bəyanatında vurğulanıb ki, təhlükə aşkar edildikdən sonra hərbçilər atəş açaraq həmin şəxsləri neytrallaşdırıblar; bu addım hərbi personala qarşı birbaşa təhdidin qarşısını almaq məqsədilə atılıb.
Hazırda məhv edilənlərin kimliyi və hadisənin digər təfərrüatları barədə məlumat verilmir. Müşahidəçilərin fikrincə, təmas xəttində mütəmadi olaraq qeydə alınan bu cür insidentlər tərəflərin hərbi mövqelərə hər hansı yaxınlaşmaya dərhal reaksiya verdiyi davamlı gərginlikdən xəbər verir.
Hüseyn İbadlı
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?

















.jpg)


















