Yaxın Şərq
İsrail xristianlardan üzr istədi: İyrənc hərəkətdir
İsrail xarici işlər naziri Qideon Saar İsrail Müdafiə Qüvvələrinin əsgəri tərəfindən zədələnmiş İsa Məsihin heykəlinə görə xristianlardan üzr istəyib.
Publika.az xəbər verir ki, Saar sosial mediada yazıb:
"Cənubi Livanda İsrail Müdafiə Qüvvələrinin əsgəri tərəfindən xristian dini simvolunun məhv edilməsi təhlükəli və utancvericidir. İsrail Müdafiə Qüvvələrinin bu hadisəni pisləyən və araşdırma başladan bəyanatını alqışlayıram. Əminəm ki, bu iyrənc hərəkəti törədənlərə qarşı lazımi sərt tədbirlər görüləcək. Bu utancverici hərəkət dəyərlərimizə tamamilə ziddir".
Onun sözlərinə görə, İsrail "müxtəlif dinlərə və onların müqəddəs simvollarına hörmət edən və dinlərin ardıcılları arasında tolerantlıq və hörmət dəyərlərini gücləndirməyə çalışan" bir ölkədir.
İsrailli nazir bildirib ki, "Bu hadisəyə və xristian hisslərinə dəyən hər hansı bir zərərə görə üzr istəyirik".
Daha əvvəl Livan mediası Livanın cənubundakı Dibel yaşayış məntəqəsində İsrail əsgərinin heykəli dağıtdığını göstərən bir foto yayımlamışdı. İsrail Müdafiə Qüvvələri rəsmi açıqlamada şəkildəki şəxsin İsrail əsgəri olduğunu təsdiqləyib.

Müəllif: Tural
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma






































