Yaxın Şərq
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ölkə rəhbərliyinə təzyiq göstərdiyi və sərt mövqe tutduğu üçün İran-ABŞ danışıqlarında gecikmə yaşanır.
Publika.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Portalın mənbələrindən birinin məlumatına görə, İİKK ABŞ Hörmüz boğazının blokadasını qaldırana qədər heç bir danışıqlar aparmaq istəmir. Məlumata görə, nümayəndələr Ali Rəhbər Müctəba Xameneinin danışıqlara icazə verməsini gözləyirdilər və bu icazə yalnız bazar ertəsi axşamı verilib.
ABŞ vitse-prezidenti Ciy De Vansin çərşənbə axşamı səhər İslamabada səfər edəcəyi bildirilir. Danışıqlar çərşənbə axşamı və ya çərşənbə səhəri baş tuta bilər. Cared Kuşner və xüsusi elçi Stiv Uitkoffun iştirakı gözlənilir.
Dünən ABŞ prezidenti Donald Tramp bildirib ki, müəyyən edilmiş son tarixdə razılıq əldə olunmayacağı təqdirdə İranla atəşkəsin uzadılmasını gözləmir. 7 apreldə elan edilən atəşkəs ABŞ vaxtı ilə həftənin ortalarında başa çatır.
İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf bir müddət əvvəl bildirib ki, Vaşinqton İslam Respublikasını təhdid etməyə davam edərsə, Tehran ABŞ-la danışıqlar aparmayacaq.
Müəllif: Tural
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma






































