Yaxın Şərq
Sülh cəmi 4 gün çəkdi - Livan sərhədində yenidən raketlər işə düşdü
Livanın şiə "Hizbullah" qruplaşması ölkənin cənubunda İsrail əsgərlərini atəşə tutaraq atəşkəs rejimini pozub.
Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) öz "Telegram" kanalında məlumat yayıb.
Məlumata görə, çərşənbə axşamı "Hizbullah" Livanın cənubundakı Rab-Talatin rayonunda İsrail mövqelərinə bir neçə raket zərbəsi endirib. Cavab olaraq İsrail qoşunları raketlərin atıldığı qurğunu dərhal məhv edib.
Bundan əlavə, İDF-nin bəyanatında deyilir:
"İlkin məlumatların əksinə olaraq, araşdırmalar göstərir ki, Kfar-Yuval və Maayan-Barux rayonlarında həyəcan siqnalları Livandan İsrail ərazisinə doğru buraxılan dronun zərərsizləşdirilməsi səbəbindən işə düşüb. Bu hücumlar atəşkəs razılaşmasının aşkar şəkildə pozulmasıdır".
Xatırladaq ki, aprelin 14-də İsrail və Livan arasında birbaşa danışıqların ilk raundu baş tutub. Nəticədə aprelin 17-dən qüvvəyə minən 10 günlük atəşkəs razılaşması əldə olunub. Danışıqların növbəti mərhələsi isə aprelin 23-də Vaşinqtonda keçirilməlidir.
Hüseyn İbadlı
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma






































