Yaxın Şərq
Düşmən üçün “sürpriz əməliyyat" - İranın gizli planı üzə çıxdı
İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) düşmənin hesablamalarından kənara çıxan “sürpriz əməliyyatlar” keçirməyə hazır olduğunu bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Qurumun yaradılmasının ildönümü ilə bağlı yayılan bəyanatda SEPAH özünü döyüş meydanında “yeni kozırlar”dan istifadə edə bilən güc kimi təqdim edib.
Bildirilib ki, bölmələr yüksək döyüş hazırlığı vəziyyətindədir və istənilən təhlükəyə operativ reaksiya verməyə qadirdir. Qeyd olunub ki, gərginlik artacağı təqdirdə yeni zərbələrin endirilməsi də istisna edilmir.
Bundan əvvəl “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının nümayəndəsi açıqlamasında bildirmişdi ki, əgər atəşkəs dövründə ABŞ və ya İsrail tərəfindən hücum baş verərsə, İran qüvvələri əvvəlcədən müəyyən edilmiş hədəflərə cavab zərbələri endirməyə hazırdır.
Xatırladaq ki, aprelin 21-də ABŞ prezidenti Donald Tramp İranla atəşkəs rejiminin uzadıldığını elan edib. Lakin Tehran rəsmi olaraq belə bir müraciət etmədiyini açıqlayıb.
Müəllif: Adəm
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma






































