Yaxın Şərq
Trampın planı alt-üst oldu: Şahzadə ona "yox" dedi
ABŞ prezidenti Donald Trampın Hörmüz boğazında ticarət gəmilərinin müşayiət olunması ilə bağlı başlatdığı “Azadlıq layihəsi” (Project Freedom) Vaşinqtonla Ər-Riyad arasında gərginliyə səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin iddiasına görə, Trampın bazar günü ABŞ hərbçilərinin Hörmüz boğazında gəmiləri müşayiət edəcəyi barədə bəyanatı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı hiddətləndirib. Cavab addımı olaraq, şahzadə ABŞ-ın Səudiyyə hava məkanından istifadəsinə və ölkədəki Amerika bazalarına girişinə qadağa qoyub.
Pentaqonun adının açıqlanmasını istəməyən rəsmisi bildirib ki, bin Salmanın bu qətiyyətli gedişi Vaşinqtonu “dondurub” və Trampı planlarından geri çəkilməyə məcbur edib. Hazırda Səudiyyə Ərəbistanı hava məkanı və bazalarla bağlı məhdudiyyətləri qaldırsa da, Hörmüz əməliyyatı üçün öz ərazisindən istifadəyə hələ də icazə verməyib.
Xatırladaq ki, mayın 6-da Donald Tramp İranla danışıqlar başa çatana qədər gəmilərin Hörmüz boğazından keçirilməsi missiyasının müvəqqəti dayandırıldığını elan edib.
Müəllif: Adəm
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma
-
Dünya01:41Kim Çen Inın lüks yaxtası - Peyk görüntüləri araşdırıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir
-
Magazin118 Oktyabr 22:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa18 Oktyabr 22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi


































