Yaxın Şərq
Müharibə bu məhsulun qıtlığına səbəb oldu
Yaxın Şərqdə münaqişənin gərginləşməsi qlobal miqyasda kükürd turşusu tədarükündə ciddi fasilələrə və bu xammalın kəskin bahalaşmasına səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Nəşr qeyd edib ki, bu kimyəvi maddə kağız, metal və kompüter çiplərinin istehsalında istifadə olunur. "Acuity Commodities" şirkətinin direktoru Freda Qordonun sözlərinə görə, dünya üzrə kükürd həcminin əhəmiyyətli hissəsi Fars körfəzi ölkələrinin neft və qaz emalı müəssisələrindən təmin edilir. Lakin Hürmüz boğazının bağlanması və Çinin ixraca qoyduğu məhdudiyyətlər qiymətlərin artmasına və məhsulun əlçatanlığının azalmasına rəvac verib.
Metalların təkrar emalı ilə məşğul olan "Valor" startapının həmtəsisçisi və baş direktoru Kunal Sinxa bildirib ki, istər dəmir yolundakı tətil, istərsə də Hürmüz boğazının bağlanması olsun, tədarük zəncirindəki istənilən pozuntu ciddi problemdir.
Hüseyn İbadlı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma
-
Dünya01:41Kim Çen Inın lüks yaxtası - Peyk görüntüləri araşdırıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir
-
Magazin118 Oktyabr 22:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa18 Oktyabr 22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi


































