Yaxın Şərq
İsrail bu ölkədə gizli baza yaradıb - Müharibənin ilk günündən...
İsrail İrana qarşı hava əməliyyatlarına dəstək məqsədilə İraqın səhra bölgəsində gizli baza yaradıb və müharibənin əvvəlində obyekti aşkar etmək üzrə olan İraq qoşunlarına hava zərbələri endirib.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinad məlumat yayıb.
Bildirilib ki, həmin obyektdə xüsusi təyinatlı qüvvələr yerləşdirilib və bura İrana hücumdan əvvəl İsrail hərbi hava qüvvələri üçün logistik mərkəz rolunu oynayıb, lakin bazanın dəqiq yeri açıqlanmır.
Səhradakı bu hərbi obyekt mart ayında yerli çobanın bölgədəki qeyri-adi fəallıq, o cümlədən helikopter uçuşları barədə məlumat verməsindən sonra az qala ifşa olunacaqdı. Yoxlama aparmaq üçün əraziyə İraq hərbçiləri göndərilib. İsrail hava zərbələri vasitəsilə onların irəliləməsinin qarşısını alıb.
Mayın 6-da İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir ölkənin İrana qarşı genişmiqyaslı əməliyyatı bərpa etməyə hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, İsrail regiondakı qüvvələr nisbətini dəyişmək üçün tarixi fürsətə sahibdir. Zamir həmçinin əlavə edib ki, ordu ABŞ silahlı qüvvələri ilə əməkdaşlığı və fəaliyyətlərin koordinasiyasını davam etdirir.
Hüseyn İbadlı
-
İdman23:35Rusiya məşhur klubun stadionunu bombaladı - Video
-
Hadisə22:04Kanalda boğulan 15 yaşlı yeniyetmənin fotosu - Yeniləndi
-
Magazin120:00Ceki Çan Bakıdakı çəkiliş zamanı zədələndi - Foto
-
Kriminal19:20Polis erkən nikahın qarşısını aldı
-
Dünya17:11Dünya liderlərinin neçə uşağı var? - 13 övladla rekorda imza atdı
-
Region16:37Paşinyandan rusiyalı jurnalistlərin istehzalı sualına cavab: Yaxşı ideyadır
-
Rəsmi xronika13:20Samir Şərifov sədr təyin edildi
-
Rəsmi xronika13:06Azərbaycanda Media və Yayım Şurası yaradıldı





















.jpg)








.jpg)







