Yaxın Şərq
İran Trampın mətbuat katibinin qızının dünyaya gəlməsinə sərt reaksiya verdi
İranın Ermənistandakı səfirliyinin "X" sosial şəbəkəsində Ağ Evin mətbuat katibi Kerolin Levittin körpəsi ilə bağlı yayılan məşhur fotoya dair paylaşım olub.
Publika.az xəbər verir ki, həmin paylaşımda diplomatlar ABŞ administrasiyasının rəsmisini bu sevindirici hadisə münasibətilə təbrik etməklə yanaşı, ABŞ-ın İrandakı qızlar məktəbinə hücumunu da xatırlayıblar.
Paylaşımda səfirlik "uşaqlar məsumdur və sevgiyə layiqdirlər" fikrini də qeyd edib. Diplomatlar ölən 168 qızın da uşaq olduğunu xatırlayıblar.
Levitə ünvanlanan mesajda deyilir: "Bosunuz Minabdakı məktəbdə öldürdüyü və sizin də bəraət qazandırdığınız 168 insan da uşaq idi. Yeni doğulan körpənizi öpəndə həmin uşaqların analarını düşünün".
Xatırladaq ki, bir neçə gün öncə 28 yaşlı Kerolin Levitt ikinci dəfə ana olub. O, 60 yaşlı tikinti maqnatı Nikolas Riççodan bir qız övladı dünyaya gətirib. Levitin körpəsi ilə çəkdiyi foto sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.
Müəllif: Tural
Congratulations to you. Children are innocent and lovable. Those 168 children that your boss killed in the school in Minab, and you justified, were also children. When you kiss your baby, think of the mothers of those children. https://t.co/uhypZFhRRf
— IRI Embassy in Armenia (@iraninyerevan) May 9, 2026
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma
-
Dünya01:41Kim Çen Inın lüks yaxtası - Peyk görüntüləri araşdırıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir
-
Magazin118 Oktyabr 22:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa18 Oktyabr 22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi
-
Avropa18 Oktyabr 21:48Parisdə iğtişaşlar yenidən alovlandı


































