Yaxın Şərq
NATO Hörmüz boğazının açılmasına dəstək verəcək?
NATO hazırda Hörmüz boğazı ilə bağlı məsələlərin həllində birbaşa iştirak etmir. Bununla belə, Alyansa üzv dövlətlər qüvvələrini regiona yaxın ərazilərə yerləşdirərək və zəruri şərait yaranacağı təqdirdə vəziyyətə müdaxilə etməyə hazırdırlar.
Publika.az xəbər verir ki, bu barədə NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” beynəlxalq təhlükəsizlik forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
“NATO hazırda birbaşa rol oynamır, lakin alyans üzvləri bu prosesdə iştirak edirlər. Onlar qüvvələrini həmin bölgəyə daha yaxın ərazilərə köçürürlər. Düşünürəm ki, zəruri şərtlər formalaşdıqda, onlar üzərilərinə düşən vəzifəni yerinə yetirə biləcəklər”, – deyə admiral vurğulayıb.
C.K.Draqone qeyd edib ki, burada söhbət NATO-nun özündən deyil, Alyans üzvlərindən və tərəfdaş ölkələrdən ibarət könüllülər koalisiyasından gedir.
Onun sözlərinə görə, könüllülər koalisiyasına daxil olan dövlətlər vəziyyətə müdaxilə etmək üçün lazımi şərtlərin yaranacağı halda fəaliyyətə keçməyə hazırlaşırlar.
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin217 Oktyabr 19:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17 Oktyabr 17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto





































