Yaxın Şərq
Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi
Əlcəzair Prezident Əbdülməcid Tebbun “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında neft və qaz sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu təsdiqləyib.
Publika.az Əlcəzair mətbuatına istinadla xəbər verir ki, 2022-ci il noyabrın 29-da imzalanmış memorandum iki ölkə arasında karbohidrogenlər sektoru, o cümlədən neft, qaz, neft-kimya sənayesi və yeni yaranan yaşıl enerji layihələri üzrə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Sənəd karbohidrogen fəaliyyəti ilə bağlı hüquqi və tənzimləyici siyasətlərin əlaqələndirilməsi, quruda və dənizdə neft-qaz kəşfiyyatı və hasilatı layihələri üzrə əməkdaşlıq üçün geniş çərçivə yaradır. Razılaşma, həmçinin neft-kimya sənayesi, enerji daşıyıcılarının nəqli və paylanması, ilkin emal benzini və mayeləşdirilmiş təbii qaz (LNG) da daxil olmaqla neft məhsullarının marketinqi sahələrini əhatə edir.
Memoranduma əsasən, SOCAR tərəfindən Sonatrach Raffineria İtaliana-ya Azeri Light və digər xam neft növlərinin uzunmüddətli tədarükü də nəzərdə tutulur.
Tərəfdaşlıq yaşıl enerji təşəbbüslərini, xüsusilə hidrogen istehsalı və nəqli infrastrukturunun inkişafını, eləcə də elmi tədqiqatlar, enerji sektorunun idarə olunması, infrastruktur layihələri və kadr hazırlığı sahələrində əməkdaşlığı da əhatə edir.
Memorandum ilkin olaraq beş il müddətinə qüvvədə olacaq və tərəflərdən biri rəsmi qaydada sazişdən çıxmadığı təqdirdə avtomatik olaraq növbəti beş il müddətinə uzadılacaq.
Xatırladaq ki, anlaşma memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı 2023-cü il fevralın 1-də imzalanıb.
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin217 Oktyabr 19:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17 Oktyabr 17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto





































