Yaxın Şərq
Netanyahu şirkət rəhbərini milli təhlükəsizlik müşaviri təyin etdi
İsrailin Baş naziri Binyamin Netanyahu Şmuel Ben Ezranı yeni milli təhlükəsizlik müşaviri və Milli Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsinə təyin edib.
Publika.az xəbər verir ki, bu barədə "Times of Israel" nəşri məlumat yayıb.
Baş nazirin ofisinin məlumatına əsasən, Ben Ezranın ölkənin müdafiə və təhlükəsizlik sahəsində 30 ildən çox iş təcrübəsi var. Rəsmi bəyanatda vurğulanıb ki, o, "Arrow 3" raket əleyhinə müdafiə sisteminin hədəfi məhv edən raket layihəsinin hazırlanmasına rəhbərlik edib və İsrailin müdafiə mükafatının laureatıdır.
Ben Ezra bu vəzifədə özündən əvvəlki müşavir Saxi Haneqbinin istefasından sonra milli təhlükəsizlik müşavirinin vəzifələrini icra edən Gil Rayxı əvəz edəcək. Haneqbi oktyabr ayında Qəzza müharibəsi zamanı siyasət məsələləri ilə bağlı Baş nazirlə fikir ayrılıqları barədə məlumatlar fonunda vəzifəsindən azad edilmişdi.
Hüseyn İbadlı
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi













.jpg)




















