Yaxın Şərq
Suriya Prezidenti Trampa zəng etdi
Suriyanın keçid dövrünün Prezidenti Əhməd əl-Şaraa mayın 31-də ABŞ lideri Donald Tramp ilə telefonla danışıb və Dəməşqə qarşı qüvvədə qalan sanksiyaların ləğv edilməsini təklif edib.
Publika.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Dövlət başçıları Suriyanın bərpasına dəstək verilməsi imkanlarını müzakirə ediblər. Danışıqlar zamanı Əhməd əl-Şaraa vurğulayıb ki, Vaşinqtonun ölkəyə qarşı tətbiq etdiyi bütün sanksiyaları ləğv etməsi Suriyada iqtisadi yüksəlişə töhfə verəcək. Donald Tramp isə öz növbəsində regionda sabitliyin qorunmasının vacibliyini qeyd edib.
Bundan əlavə, ABŞ Prezidenti təhlükəsizliyi gücləndirmək və gərginliyin qarşısını almaq üçün diplomatiyaya xüsusi diqqət yetirməyə çağırıb.
Xatırladaq ki, 2025-ci ilin may ayında Avropa İttifaqının hakimiyyət orqanları Suriyaya qarşı bütün sanksiyaları aradan qaldırmaq planlarını elan etmişdi. Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas bu qərarı əsaslandıraraq bildirmişdi ki, onlar suriyalı xalqa yeni, inklüziv və dinc bir Suriya qurmağa kömək etmək istəyirlər.
Hüseyn İbadlı
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin217 Oktyabr 19:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17 Oktyabr 17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto





































