Yaxın Şərq
ABŞ-dan İsrail və Livana yeni atəşkəs təklifi - Yalnız o razı deyil
ABŞ dövlət katibi Marko Rubio İsrailin Baş naziri Binyamin Netanyahuya və Livan Prezidenti Cozef Auna atəşkəslə bağlı yeni təşəbbüs təklif edib.
Publika.az xəbər verir ki, bu barədə "Axios" portalının jurnalisti Barak Ravid mənbələrə istinala "X" sosial şəbəkəsində məlumat yayıb.
Təklifə əsasən, danışıqların irəliləməsi üçün ilk addım kimi "Hizbullah" İsrailə bütün hücumlarını dayandırmalı, İsrail isə qarşılığında Beyrutda münaqişəni genişləndirməkdən çəkinməlidir. Ravidin mənbəsi bildirib ki, Livan lideri bu təşəbbüsü dəstəkləməyə çalışsa da, Livan parlamentinin sədri Nəbih Berrinin cavabı qeyri-müəyyən və məyusedici olub.
Xatırladaq ki, mayın 31-də İsrailin müdafiə naziri İsrael Kats ölkə ordusunun Livanda Litani çayından şimalda yerləşən və strateji əhəmiyyətə malik Bofor səlibçi qalasının nəzarətə götürüldüyünü elan edib. Bundan əvvəl Baş nazir Binyamin Netanyahu İsrail ordusunun Livandakı əməliyyatlarını genişləndirdiyini və strateji əraziləri nəzarətə götürdüyünü bildirmişdi. İsrail qüvvələri daha əvvəl Beyrutda "Hizbullah"ın xüsusi təyinatlı qüvvələrinin komandirinə də hücum etmişdi.
Hüseyn İbadlı
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi













.jpg)




















