Yaxın Şərq
Trampın planı dalana dirəndi: İran ABŞ-ın təklifinə cavab vermədi
İran hələ ki, ABŞ tərəfindən təqdim olunan qarşılıqlı anlaşma memorandumu layihəsinə yekun cavab verməyib.
Publika.az xəbər verir ki, bu barədə İranın Mehr agentliyi məlumat yayıb.
Məlumata görə, Tehran tarixi etimadsızlıq və Vaşinqtonun öhdəliklərinə əməl edib-etməyəcəyi ilə bağlı narahatlıqlar səbəbindən sənədin şərtlərini ehtiyatla araşdırır. Danışıqlar qrupuna yaxın mənbə bildirib ki, İran istənilən razılaşmadan real və hissolunan faydalar əldə etmək niyyətindədir.
Təklif olunan memorandumda 60 günlük atəşkəs rejiminin tətbiqi və Hörmüz boğazında gəmiçiliyin bərpası nəzərdə tutulur. Sənəd çərçivəsində İranın nüvə proqramı üzrə danışıqların yenidən başlanması və bəzi sanksiyaların ləğvi məsələsinin müzakirəsi də planlaşdırılır.
Bununla belə, ekspertlər qeyd edirlər ki, tərəflərin keçmişdəki uğursuz təcrübələri səbəbindən razılaşmanın əldə olunması prosesi çətin gedir.
ABŞ prezidenti Donald Tramp daha əvvəl bəyan etmişdi ki, Tehranla bir həftə ərzində sülh sazişi bağlaya bilər. O, belə bir razılaşmanın “hərbi qələbədən daha yaxşı” nəticə verəcəyini vurğulamışdı.
Lakin sənəd mətnində ediləcək istənilən dəyişiklik danışıqları yenidən ləngidə bilər. Analitiklərin fikrincə, İranın ali dini liderinin razılığını almaq getdikcə daha mürəkkəb prosesə çevrilir.
Adəm
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin217 Oktyabr 19:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17 Oktyabr 17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto





































