Yaxın Şərq
Deputatlar yekdilliklə dəstəklədilər: Parlament buraxılır
Knesset üzvləri parlamentin vaxtından əvvəl buraxılması ilə bağlı qanun layihəsini birinci oxunuşda yekdilliklə dəstəkləyiblər.
Publika.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti səsvermənin nəticələrinə istinadən məlumat yayıb.
Sənədin lehinə 106 deputat səs verib, əleyhinə isə heç kim səs verməyib. Qanun layihəsi əvvəllər müvafiq parlament komitəsi tərəfindən təsdiqlənmişdi.
Təşəbbüs artıq may ayının sonunda ilkin oxunuşdan keçib. İndi qanun layihəsinin qüvvəyə minməsi üçün plenar iclaslarda üç oxunuşda təsdiqlənməsi lazımdır.
Mövcud qanunvericiliyə görə, İsraildə növbəti parlament seçkiləri 27 oktyabr 2026-cı ildən gec olmayaraq keçirilməlidir.
Prosesin sürətlənməsinə koalisiya daxilindəki siyasi fikir ayrılıqları səbəb olub: İsrail Baş naziri Binyamin Netanyahunun bəzi keçmiş müttəfiqləri əvvəllər parlamentin buraxılmasını tələb etmək niyyətlərini açıqlamışdılar. Buna cavab olaraq koalisiya ilkin mərhələdə həm hakim partiyalardan, həm də müxalifətdən dəstək alan qanun layihəsini irəli sürdü.
Müəllif: Tural
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin217 Oktyabr 19:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17 Oktyabr 17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto





































