Yaxın Şərq
İsa peyğəmbərin lənətlədiyi kənddən görün nə tapıldı - FOTO
İsraildə aparılan arxeoloji qazıntılar zamanı 12 yaşlı şagird yaşı 1500-ü keçə bilən qiymətli daş aşkar edib.
Publika.az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.
Qazıntıların aparıldığı ərazinin "Yeni Əhdi"ndə İsa peyğəmbər tərəfindən lənətləndiyi qeyd olunur.
Alon Horovits Yuxarı Qaliley bölgəsindəki Korazim Milli Parkında ictimai qazıntılarda iştirak edərkən tapıntını aşkar edib. İşin bitməsinə bir neçə dəqiqə qalmış məktəbli yerdə qeyri-adi mavi bir cisim görüb. Şagird bildirib ki, kərki ilə qazarkən qəfildən yumru və mavi bir şeyə rast gəlib, onu götürərək arxeoloqa təqdim edib.
Ekspertlər tapıntının "nikolo" adlanan nadir aqat növü olduğunu müəyyən ediblər. Ehtimal olunur ki, daş Roma və ya Bizans imperiyası dövründə bahalı bir zinət əşyasını bəzəyib. Arxeoloqlar belə daşların yüksək status və sərvət simvolu sayıldığını vurğulayaraq, bunun qədim yaşayış məntəqəsində varlı insanların yaşadığını sübut etdiyini bildiriblər.
Qədim Korazim şəhəri Qaliley dənizi yaxınlığında yerləşir və İncildə adı keçən məkanlardan biridir. Bibliya rəvayətlərinə görə, bu şəhər İsa peyğəmbərin təlimlərini qəbul etmədiyinə görə lənətlənmişdir.
Hüseyn İbadlı
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin217 Oktyabr 19:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17 Oktyabr 17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto





































