Yaxın Şərq
Bu gündən "Mossad"a əmrləri o verəcək
Roman Qofman rəsmən İsrailin "Mossad" Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinin icrasına başlayıb.
Publika.az xəbər verir ki, bu barədə İsrailin Baş nazirinin dəftərxanasının müşaviri Dmitri Gendelman "Telegram" kanalında məlumat paylaşıb.
"General-mayor Roman Qofmanın "Mossad" Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə təyin edilməsi tarixi əhəmiyyətli bir hadisədir. Bu, İsrail tarixində keçmiş Sovet İttifaqı ölkələrindən olan repatriantların nümayəndəsinin təhlükəsizlik strukturlarında indiyədək tutduğu ən yüksək vəzifədir", - paylaşımda bildirilir.
İsrailin Baş naziri Benyamin Netanyahu "X" sosial şəbəkə hesabında yazıb ki, 2024-cü ilin aprelində İsrail üçün ən taleyüklü dövrdə özünün hərbi katibi kimi məhz Qofmanı seçib.
"Roman Qofman 14 yaşında valideynləri Lyudmila və Vladislavla birlikdə Belarusdan Aşdoda immiqrasiya edib. Roman öz yolunu müstəqil şəkildə açıb və bütün çətinliklərin öhdəsindən gəlib", - o bildirib və "Mossad"ın əsas missiyasının "İran təcavüzü"nə qarşı mübarizə olaraq qaldığını vurğulayıb.
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin217 Oktyabr 19:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17 Oktyabr 17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto





































