Yaxın Şərq
Hizbullah lideri atəşkəs rejimini rədd etdi
Livanın şiə hərəkatı olan "Hizbullah" İsrail və Livan arasında əldə olunan atəşkəs şərtləri ilə razılaşmır.
Publika.az xəbər verir ki, bu barədə qruplaşmanın lideri Naim Qasemin bəyanatına istinadla "Associated Press" agentliyi məlumat yayıb.
Hərəkatın rəhbəri bildirib ki, işğal davam etdiyi müddətdə müqaviməti dayandırmaq barədə heç bir öhdəlik götürməyiblər.
Qasem əlavə edib ki, İsrail qoşunları Livan ərazisini tərk etməlidir. Onun sözlərinə görə, hərbi əməliyyatların davam etməsi münaqişənin nizamlanması səylərinə mane olur.
İyunun 4-nə keçən gecə ABŞ Dövlət Departamenti İsrail və Livanın atəşkəs haqqında birgə bəyanatının mətnini dərc edib. Sənəddə qeyd olunur ki, ölkələrin nümayəndələrinin görüşü iyunun 2-3-də Vaşinqtonun vasitəçiliyi ilə keçirilib. Sənədə əsasən, İsrail və Livanın bir-birinə qarşı düşmənçilik niyyəti yoxdur və tərəflər sülh və təhlükəsizliyə dair genişmiqyaslı saziş üzərində işləməyi planlaşdırırlar.
Hüseyn İbadlı
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin217 Oktyabr 19:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17 Oktyabr 17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto





































