Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı
Bizi izləyin

Yaxın Şərq

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Martın 2-dən etibarən İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı artaraq 3 526 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Həmin dövr ərzində yaralananların sayı isə 10 733 nəfərdir", - nazirlikdən qeyd edilib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və bir sıra şəhərlərə zərbələr endiriblər. Əməliyyat Yaxın Şərqdə eskalasiyaya və Fars körfəzi ölkələrinin münaqişəyə cəlb edilməsinə, eləcə də Hörmüz boğazının bloklanmasına səbəb olub.

Livanın "Hizbullah" radikal qruplaşması İsraili raketlər və pilotsuz uçuş aparatları ilə atəşə tutaraq İranın tərəfində müharibəyə qoşulduqdan sonra, İsrail Müdafiə Ordusu Livanın cənubuna və qruplaşmanın infrastrukturunun yerləşdiyi Beyrutun cənub ətraflarına zərbələr endirib. İsrail həmçinin Livanın cənubunda quru əməliyyatını genişləndirib.

ABŞ Prezidenti Donald Tramp aprelin 16-da bildirib ki, İsrail və Livan Şərq vaxtı ilə saat 17:00-dan etibarən 10 günlük atəşkəs rejiminin tətbiqi barədə razılığa gəliblər. Aprelin 24-də o, atəşkəsin üç həftə uzadılacağını bəyan edib.

Mayın ortalarında ABŞ Dövlət Departamentinin mətbuat katibi Tommi Piqott "X" sosial şəbəkəsində yazıb ki, Livan və İsrail arasında atəşkəs rejimi 45 gün uzadılacaq.

İyunun 4-də ABŞ Dövlət Departamenti bildirib ki, İsrail və Livan 2-3 iyunda Vaşinqtonda keçirilən danışıqların nəticələrinə əsasən, atəşkəs rejiminin şərtlərinin yerinə yetirilməsi barədə razılığa gəliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm