Yaxın Şərq
Livanın cənubunda İsrailin iki hərbçisi öldü
İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubunda hərbi əməliyyatların keçirildiyi ərazidə özünün iki hərbçisinin həlak olduğunu bildirib.
Publika.az xəbər verir ki, ordu mətbuat xidmətinin bəyanatını yerli "Ynet" portalı yayıb.
Məlumata görə, həlak olanlardan biri elit xüsusi təyinatlı bölmədə bölük komandirinin müavini vəzifəsini tutan 23 yaşlı kapitan Şahar Qamla olub. O, cümə axşamı dron hücumu nəticəsində ağır yaralanıb və sonradan hospitalda dünyasını dəyişib.
Piyada briqadasında xidmət edən 21 yaşlı çavuş Ohad Yaari Livanın cənbunda operativ tapşırıqları yerinə yetirərkən həlak olub. "Ynet" qeyd edib ki, ölümə səbəb "təsadüfi güllə" olub və yaxın vaxtlarda hərbi polis baş vermiş hadisənin təfərrüatlarını araşdırmaq niyyətindədir.
Aprelin 17-dən etibarən İsraillə silahlı qruplaşmaları Livanın cənbunda fəaliyyət göstərən "Hizbullah" radikal hərəkatı arasında formal olaraq atəşkəs rejimi qüvvədədir. Buna baxmayaraq, bütün bu dövr ərzində hər iki tərəf Livan-İsrail sərhədi boyunca sərhədyanı zonalara zərbələr endirməkdə davam edir.
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi

































