Yaxın Şərq
2023-də İsrailə basqın edənlərin liderlərindən biri öldürüldü
İsrailin Müdafiə Ordusu və xüsusi xidmət orqanı HƏMAS-ın "Nuhba" bölməsinin komandiri Zakar Əbu Kərimi zərərsizləşdirib.
Publika.az "Ynet"ə istinadən xəbər verir ki, bu barədə ordunun nümayəndəsi məlumat yayıb.
Məlumata görə, Əbu Kərim 7 oktyabr 2023-cü il hadisələri zamanı Kisufim kibutsuna (İsrailin kənd təsərrüfatı kommunası - red) basqının liderlərindən biri olub.
"O, Qəzza zolağında müharibə boyunca İsrailin Müdafiə Ordusu qüvvələrinə qarşı terror əməliyyatları təşkil edib və həyata keçirib. Bu yaxınlarda atəşkəs müqaviləsini pozub, evində çoxlu sayda silah saxlayıb, təşkilatı yenidən qurmağa və gələcək hücumlara hazırlıq üçün təlim təlimləri keçirməyə çalışıb", - İsrail hərbçiləri bildirib.
Həmçinin qeyd olunur ki, Əbu Kərimlə birlikdə HƏMAS-ın başqa terrorçusu da öldürülüb.
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi

































